Akif Qurbanov yekun protokolu imzalamasının səbəblərini açıqlayıb
Mən həmin qərarla bağlı səsvermədə bitərəf qaldım. Yekun protokolu isə seçkilərlə bağlı hazırladığım 8 səhifəlik rəyi protokola əlavə etməkdən ötrü imzaladım. Mən qərardakı fikrimi - bitərəf mövqeyimi dəyişmədən, həmin qərara imza atmadan protokola imza atdım ki, rəyim protokola əlavə olunsun və Konstitusiya Məhkəməsinə göndərilsin. Mən protokolu imzalayandan sonra rəyimi MSK rəhbərliyinə təqdim etdim”. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasına (MSK) Ümid Partiyası tərəfindən üzv təyin edilmiş Akif Qurbanov deyib.
A. Qurbanov MSK-dakı fəaliyyəti müddətində bütün qərarları, o cümlədən 7 noyabr seçkiləri ilə bağlı yekun protokolu imzalamaqla bağlı qərarı da müstəqil olaraq özünün verdiyini bildirib. “Mənə etimad göstərərək MSK üzvü kimi namizədliyimi irəli sürüb indiyədək dəstəklədiyinə görə Ümid Partiyasına təşəkkür edirəm. Ümid edirəm ki, Ümid Partiyasının mənə göstərdiyi etimadı fəaliyyətim nəticəsində hansısa formada doğrultmağa çalışmışam. Növbəti dəfə Milli Məclisdə təmsilçilik hüququ qazanmış Ümid Partiyası MSK üzvlüyünə mənim namizədliyimi irəli sürüb-sürməyəcəyini partiyadan soruşmaq daha doğru olar. Əgər MSK-ya təyin olunmasam, situasiyanı dəyərləndirərək siyasi fəaliyyətlə məşğul olmaq barədə qərar qəbul etsəm, yalnız Ümid Partiyasında olacağam” – deyə, A. Qurbanov bildirib.
Qeyd edək ki, MSK-nın noyabrın 22-də keçirilən iclasında MSK üzvü Akif Qurbanov Milli Məclisə seçkilərlə əlaqədar yekun protokolu imzalamayıb. Lakin təxminən o, iki saat sonra yekun protokolu imzalayıb. Bununla da yekun protokolu MSK-nın 18 üzvündən 17-si, Gülağa Aslanlıdan (Müsavat Partiyasının təmsilçisi) başqa hamısı imzalamış olub.
MSK-nın yekun protokoluna əsasən, Ümid Partiyasının təmsilçilərindən bir nəfər – partiya sədri İqbal Ağazadə deputat seçilib.

Oxşar yazılar

“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı
30 aprel 2025 , 23:05
Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq
30 aprel 2025 , 18:27
İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü - FOTOLENT
30 aprel 2025 , 15:30
Tramp Roma Papası olmaq istəyir
30 aprel 2025 , 14:22
"Abzas Media" baş redaktor axtarır - Leyla Mustafayeva niyə kənarlaşdırıldı?
30 aprel 2025 , 11:33
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
29 aprel 2025 , 23:48
Mən dünyanı idarə edirəm, çox əylənirəm - Tramp
29 aprel 2025 , 19:33