“Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu”
Bu gün Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda V beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransın işində Azərbaycan, Macarıstan, Ukrayna, Polşa və Türkiyədən gəlmiş 50-dən çox alim iştirak edir.
Konfrans Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Macarıstan Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət komitəsinin birgə layihəsi kimi həyata keçirilir. Beynəlxalq elmi tədbirdə Azərbaycan və macar xalqlarının tarixi, arxeologiyası, etnoqrafiyası, dili və ədəbiyyatı, habelə çağdaş iqtisadi münasibətlər və beynəlxalq iqtisadi inteqrasiya prosesləri ilə bağlı məruzələr dinləniləcək.
Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Elmlər Akademiyasının Avropa Folkloru İnstitutunun direktoru, professor Mihal Hoppal açıblar. Daha sonra tarix, arxeologiya və etnoqrafiya seksiyasının iclasları başlayıb. Beynəlxalq elmi konfrans 4 gün davam edəcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29