Azərbaycan Prezidenti Lissabonda dövlət və hökumət başçılarının iclasında çıxış edib
lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident İlham Əliyev iclas başlamazdan əvvəl dünya ölkələrinin liderləri ilə görüşüb.
NATO ölkələrinin dövlət və hökumət başçılarının, habelə Əfqanıstan Prezidenti Həmid Kərzainin, BMT-nin baş katibi Pan Gi Munun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri iclasda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, ötən illərdə Əfqanıstan böyük inkişaf yolu keçmiş, ölkədə geniş bərpa və quruculuq işləri aparılmış, təhlükəsizlik gücləndirilmiş, idarəçilik təsisatları möhkəmləndirilib. Əfqanıstanın bu inkişafında iclasda iştirak edən tərəflərin hər birinin payı var.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında fəal olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti sülhməramlı qüvvələrimizin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verdiyini vurğulayıb.
İclas başa çatdıqdan sonra Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən ölkələrin dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Daha sonra iclasda iştirak edən dövlət və hökumət başçıları birgə nahar ediblər. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak edib.

897