Bir seçki məntəqəsində nəticələr ləğv edildi
19 noyabr 2010 17:47 (UTC +04:00)

Bir seçki məntəqəsində nəticələr ləğv edildi

APA-nın məlumatına görə, iclasda parlament seçkiləri ilə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və MSK üzvləri məlumat verib.

Əvvəlcə 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən “Qarabağ” seçki blokunun namizədi olmuş Nəsimi Məmmədlinin dairədə nəticələrin ləğv olunması ilə bağlı müraciətinə baxılıb. Namizədin özünün də iştirak etdiyi müzakirələrin sonunda müraciət təmin edilməyib.

Sonra 85 saylı Şamaxı Seçki Dairəsindən namizəd olmuş Vəhdət Partiyasının sədri Tahir Kərimli və Vəfalı Fətullayevin nəticələrin ləğvi barədə müraciətlərinə baxılıb. MSK katibi N. Məmmədov bildirib ki, müraciətlə bərabər MSK-ya 76 akt təqdim olunub. Onun sözlərinə görə, dairənin yalnız bir seçki məntəqəsində seçicilərin iradəsinin ifadə olunmasına əngəl törədilib. Müzakirədə müraciət müəllifləri də iştirak edib. Dairə üzrə yalnız bir seçki məntəqəsinin nəticələri ləğv olunub. Qeyd edək ki, 85 saylı dairədə 63 məntəqə var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar