NATO sammitinin gündəliyi açıqlanıb
19 noyabr 2010 14:29 (UTC +04:00)

NATO sammitinin gündəliyi açıqlanıb

APA-nın Lissabona ezam olunmuş Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, günortadan sonra isə NATO-ya üzv ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə geniş toplantı keçiriləcık. Toplantıdan öncə liderlər Əfqanıstanda və digər bölgələrdə həlak olan alyans hərbiçilərinin ruhunu yad edəcəklər. Daha sonra NATO-nun baş katibi və Portuqaliyanın baş naziri giriş nitqi söyləyəcək. Toplantıdan sonra birgə şəkil çəkdirdikdən sonra, dövlət və hökumət başçıları şam süfrəsi arxasında müzakirələr aparacaqlar. Xarici işlər və müdafiə nazirlərinin şam yeməyi ətrafında görüşləri ayrı-ayrılıqda keçiriləcək.

Sabah isə dövlət və hökumət başçıları bir daha bir yerə yığışaraq, əsasən Əfqanıstan məsələsini müzakirə edəcəklər. Sabah eyni zamanda Rusiya prezidentinin də iştirakı ilə NATO-Rusiya münasibətləri müzakirə ediləcək və ayrı-ayrı ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Bundan başqa, NATO baş katibi, BMT baş katibi və Əfqanistan prezidentinin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır. Mətbuat konfransından öncə, Əfqanıstan prezidenti Həmid Karzayla NATO baş katibi Anders Foq Rasmussen birgə bəyanat imzalayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar