ATƏT rəsmisi Adnan Hacızadənin azad olunmasını alqışlayıb
19 noyabr 2010 11:15 (UTC +04:00)

ATƏT rəsmisi Adnan Hacızadənin azad olunmasını alqışlayıb

APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Dunya Miyatoviç Adnan Hacızadənin azadlığa çıxmasına şad olduğunu deyib: “Bizim ofis, o cümlədən bir çox beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları dəfələrlə Azərbaycan tərəfinə müraciət edərək onları azadlığa çıxmağa çağırıb. Bu məsələni mən dəfələrlə qaldırmışam”. O həmçinin Azərbaycan hökumətinin Eynulla Fətullayev və Emin Millini də azadlığa buraxmağa çağırıb. Xatırladaq ki, noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib və Adnan Hacızadə məhkəmə zalından azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar