Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başlayıb – YENİLƏNİB
APA-nın məlumatına görə, prezident İlham Əliyev zirvə toplantısına qatılan Xəzəryanı ölkələrin prezidentləri - Dmitri Medvedyev, Mahmud Əhmədinejad, Qurbanqulu Berdıməhəmmədov və Nursultan Nazarbayevi qarşılayıb. Qarşılanma mərasimindən sonra ölkə başçıları iqamətgahda dövlət bayraqları fonunda birgə şəkil çəkdiriblər.
Daha sonra dövlət başçılarının zirvə görüşü başlayıb. Sammitdə açılış nitqi söyləyən prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edib. O bəyan edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində razılığa gəliblər: “Bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilyanı ölkənin iqtisadi əməkdaşlığını gücləndirmək lazımdır”.
Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 2002-ci il aprelin 23-24-də Aşqabadda, ikinci sammit isə 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib.
Bakı sammitində ölkə başçıları Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparacaqlar. Prezidentlərə imzalanmaq üçün iki sənəd təqdim olunub, bunlar birgə bəyanat və Xəzərdə təhlükəsizlik sahəsində saziş layihələridir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29