Bakı sammitində prezidentlərə imzalamaq üçün iki sənəd təqdim olunacaq
APA-nın “Turkmenistan.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin deyib.“Birinci sənəd Xəzərdə təhlükəsizliyə dair əməkdaşlıq haqqında sazişdir. Əgər bu sənəd imzalansa, o əldə olunmuş ikinci vacib sənəd olacaq. Biz addım-addım irəliləyirik, dəniz mühitinin qorunması üzrə çərçivə konvensiyası var, indi də protokollar hazırlanır. Biz Xəzərin ekologiyasına dair təhlükələrlə aktiv və səmərəli mübarizə aparmaq üçün biz bu konvensiyanın bütün potensialından istifadə edə biləcəyik”.
Diplomat həmçinin bildirib ki, təhlükəsizlik haqqında saziş yeni çağırış və təhlükələrlə mübarizə də daxil olmaqla Xəzərdə təhlükəsizliyin təmin olunması üçün mexanizm rolunu oynayacaq.
Qolovinin sözlərinə görə, prezidentlərə təqdim olunacaq digər sənəd birgə bəyanat olacaq: “Xəzərin hüquqi statusuna gəldikdə, xarici işlər nazirləri müavinləri səviyyəsində işçi qrup Konvensiya üzərində işi davam etdirir”.
Xatırladaq ki, sayca 4-cü olan Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29