Dumanın MDB üzrə komitə sədrinin müavinini Azərbaycana görə vəzifəsindən çıxarırlar
Bu gün “Vahid Rusiya” fraksiyasında qalmaqallı iclas keçiriləcək. Lent.az-ın “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Duması və Rusiya Prezident Administrasiyasındakı mənbələr bildiriblər.
İclasda Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin postundan uzaqlaşdırılmasının müzakirəyə çıxarılacağı və bu barədə Dövlət Dumasına müraciət edilməsi barədə qərarın qəbul olunacağı gözlənilir. “Vedomosti” qəzeti yazır ki, Konstantin Zatulinin vəzifəsinin əlindən alınmasının gündəmə gəlməsinin səbəbi onun “Rusiyaya dost ölkələrlə problem yaratmasıdır”.
Qəzet xatırladır ki, Konstantin Zatulin bu ilin mayında Dağlıq Qarabağda seçkiləri müşahidə etməyə getdiyi üçün Azərbaycanda arzuedilməz şəxs elan olunub. Eyni zamanda oktyabrda Krımda keçirilən seçkilərlə bağlı hakim Regionlar Partiyasını tənqid edib. “Vedomosti” vurğulayır ki, Konstantin Zatulinin qalmaqalları nə Prezident Administrasiyasında, nə Xarici İşlər Nazirliyində, nə də Dövlət Dumasının komitəsində yaxşı qarşılanmır. Digər tərəfdən, Konstantin Zatulin Moskvanın keçmiş meri Yuri Lujkovun komandasının keçmiş üzvüdür və merin istefasından sonra da Dövlət Dumasının deputatları ilə söhbətdə yenə də onu tərifləyib.

Oxşar yazılar

İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü - FOTOLENT
30 aprel 2025 , 15:30
Tramp Roma Papası olmaq istəyir
30 aprel 2025 , 14:22
"Abzas Media" baş redaktor axtarır - Leyla Mustafayeva niyə kənarlaşdırıldı?
30 aprel 2025 , 11:33
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
29 aprel 2025 , 23:48
Mən dünyanı idarə edirəm, çox əylənirəm - Tramp
29 aprel 2025 , 19:33
Pezeşkianın BAKI SƏFƏRİ: regional əməkdaşlıq və ...
29 aprel 2025 , 17:17
Prezidentdən Pezeşkianla görüşü ilə bağlı PAYLAŞIM
28 aprel 2025 , 22:47