Müxalifətin bəzi seçki blokları danışıqlara başlayıblar
Müxalifət düşərgəsində seçki bloklarının siyasi birliklərə çevrilməsi prosesi başlayıb. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, ADP-də “Qarabağ” seçki blokunun siyasi birlik kimi fəaliyyət göstərilməsi ilə bağlı müzakirələrə başlanılıb: “Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiq edənə qədər seçki bitməmiş hesab olunur və bloklar da fəaliyyətini həmin günə qədər davam etdirməlidir. Bun baxmayaraq, gələn həftə ADP İdarə Heyətinin iclasında həm seçkinin nəticələri ətraflı təhlil olunacaq, həm də “Qarabağ” seçki blokunun siyasi birliyə çevrilməsi məsələsinə dair konkret qərara aydınlıq gətiriləcək”. S. Cəlaloğlu Azərbaycanda partiyaların siyasi birliklərdə təmsil olunmasının əhəmiyyətli olmasını da vurğulayıb.
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan seçki prosesi zamanı həmtəsisçiləri olduqları “İnsan naminə” seçki blokunun siyasi birlik olaraq fəaliyyətini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, bununla bağlı rəsmi qərar olmasa da, partiya rəhbərləri arasında müzakirələr aparılıb: “Parlament seçkilərinin nəticəsinə aydınlıq gətirildikdən sonra partiyalar səviyyəsində siyasi birliyin yaradılması məsələsinə rəsmi şəkildə baxılacaq”.
Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublu isə təmsil olunduqları seçki blokunun siyasi birliyə çevrilməsi istiqamətində prosesin başlandığını deyib: “ “AXCP-Müsavat” seçki bloku yaradılmamışdan əvvəl İsa Qəmbər bu partiyaların birləşməsi ilə bağlı çağırışı olmuşdu. Bundan sonra isə parlament seçkisində səmərəli əməkdaşlıq edərək, fəaliyyət göstərdik. Yəqin ki, proses partiyaların siyasi birlikdə təmsil olunması, sonra isə birləşməsi yönündə davam edəcək”.
T. Yaqublu onu da deyib ki, AXCP-Müsavat siyasi birliyinin rəsmiləşdirilməsi məsələsi yaxın müddətdə reallaşa bilər: “Çünki partiyalarda aparılan bütün söhbətlərdə birliyin zəruriliyindən danışılır”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Demokratiya” blokunun, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə “İslahat” blokunun siyasi birliyə çevrilməsi ilə bağlı hər hansı müzakirələrin aparılmadığını diqqətə çatdırıblar.
Fazil Mustafa qeyd edib ki, seçki bloku seçki prosesini aparmaq üçün taktiki gediş kimi nəzərdə tutulub: ““İslahat” seçki bloku öz hədəfinə çatmadı. Çünki lazımi sayda namizədlər qeydiyyatdan keçmədi, ona görə də blok kimi təbliğatını qura bilmədi. Seçkilərdən sonra isə blok öz mahiyyətini itirir”.

625