Prezident İlham Əliyev xalqı təbrik etdi
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub.
Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Qurban bayramınız mübarək olsun!”

Oxşar yazılar

"Abzas Media" baş redaktor axtarır - Leyla Mustafayeva niyə kənarlaşdırıldı?
30 aprel 2025 , 11:33
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
29 aprel 2025 , 23:48
Mən dünyanı idarə edirəm, çox əylənirəm - Tramp
29 aprel 2025 , 19:33
Pezeşkianın BAKI SƏFƏRİ: regional əməkdaşlıq və ...
29 aprel 2025 , 17:17
Prezidentdən Pezeşkianla görüşü ilə bağlı PAYLAŞIM
28 aprel 2025 , 22:47
Pezeşkian Bakıda Azərbaycan dilində şeir dedi - VİDEO
28 aprel 2025 , 21:02
Vüsalə Hüseynli: “Qlobal Cənub Platformasının təsis konfransı İlham Əliyevin beynəlxalq arenadakı nüfuzunun göstəricisidir”
28 aprel 2025 , 17:35