Azərbaycan jurnalistləri Şimali Kiprin Müdafiə Nazirliyində olublar
Azərbaycan media nümayəndələrinin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri davam edir.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində baş tutan səfərin növbəti günündə Azərbaycan nümayəndə heyətinin üzvləri Kıpr Beynəlxalq Universitetində və Doğu Akdeniz Universitetində olublar.
Burada jurnalistika fakültələrinin tədris proqramı ilə tanışlıq aparılıb, təhsil müəssisələrində çalışan azərbaycanlı müəllim heyəti, habelə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Azərbaycanın media təmsilçiləri 200 nəfərin qatıldığı görüşdə tələbələri maraqlandıran sualları cavablandırıblar. Daha sonra ölkəmizin nümayəndə heyətinin üzvləri ŞKTC-nin Milli Müdafiə Nazirliyində güc qurumları ilə KİV-in qarşılıqlı əməkdaşlığı barədə müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, noyabrın 10-dan 16-dək davam edəcək səfərdən başlıca məqsəd ŞKTC-dəki KİV-lərin iş təcrübəsi ilə yaxından tanış olmaqdan ibarətdir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin təsisçisi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundov daxildir.

584