“Bu təlimlər uşaq oyunu təsiri bağışlayır”
“Əgər hesablamış olsaq, bəlkə də ilin əvvəlindən indiyədək belə təlimlər on dəfədən artıq keçirilib. Bu, heç də döyüş hazırlığını yüksəltmək məqsədi güdmür. Onların təlimləri artıq uşaq oyunu təsiri bağışlayır. Başqa qiymətləndirmə ola bilməz”.
Bu sözləri APA-nın Dağlıq Qarabağ ərazisində ermənilərin yenidən təlimlərə başlaması və təlimlərdə Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə bağlı sualına cavabında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu deyib.
E. Sabiroğlu bildirib ki, təlimlərin keçirilməsi elə bir mürəkkəb məsələdir ki, o, əvvəlcədən planlaşdırılmalı və dəqiqliklə ölçülüb-biçilməlidir: “Bu isə kifayət qədər vaxt tələb edir. Təlim keçirmək elə də asan iş deyil ki, istədiyin zaman onu hərəkətə gətirə biləsən və istədiyin nəticəni əldə etmiş olasan. Bunun üçün bir sıra vacib amillər, xüsusilə də küllü miqdarda vəsait tələb olunur. Məlum olduğu kimi, bu gün Ermənistan ordusunda və onun işğal etdiyi Azərbaycan ərazilərində cəmləşdirdiyi hərbi qüvvələrdə belə imkanlar yoxdur. İqtisadiyyatı darmadağın olan bir ölkədə hərbiyənin nə vəziyyətdə olduğunu özünüz təsəvvür edin. Bu cür hiyləgərliklə onlar heç kəsi aldada bilməzlər. Axşam yatıb, səhər yuxudan durub təlim keçirməklə döyüş hazırlığını yüksəltmək olmur”.
E. Sabiroğlu diqqəti digər bir əsaslı məqama yönəltmək istədiyini deyib: “Nə zaman ki, Azərbaycanda Ermənistanın düşdüyü bərbad və pozucu vəziyyətlə bağlı hər hansı doğru, yaxud münaqişənin həlli istiqamətində qəti münasibət açıqlananda Dağlıq Qarabağda 5-6 tankı və 1-2 digər döyüş maşınını çıxarır, hərdən də bir-iki atəş açır, sonra da adını qoyurlar genişmiqyaslı hərbi təlim. Bunlar aldadıcı fəndlərdir. Belə hoqqalarla ictimai fikir formalaşdırılmır. Çox təəssüf ki, ermənilər hələ də bu yalançı hərəkətlərdən əl çəkə bilməyiblər. Yəqin bunun özü də bir xəstəlik və ya çarəsizlikdir. Sarkisyan da, Ohanyan da, digər yanlar da belə qurama təlimlərə gələ bilərlər. Lakin onlar tam əmin olmalıdırlar ki, bu cür ucuz görüntülər yaratmaqla nəyisə dəyişmək və ya nəyəsə təsir etmək mümkün deyil”.

725