Sərkisyan və Ohanyan Qarabağda
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri işğal etdikləri ərazilərdə irimiqyaslı hərbi təlimlərə başlayıb.
APA-nın məlumatına görə, təlimlərdə Ermənistan prezidenti Serj Sərkisyan və müdafiə naziri Seyran Ohanyan da iştirak ediblər. Noyabrın 1-də Ağdam rayonunun işğal olunmuş hissəsində başlayan təlimlər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin bir neçə kilometrliyində baş tutub. Serj Sərkisyan və Seyran Ohanyanla birlikdə təlimləri separatçı rejimin rəhbərliyi də izləyib. Ermənistan prezidenti bu gün separatçı rejimin muzdluları üçün inşa olunmuş evlərin orderlərinin təqdim olunması mərasimində də iştirak edəcək. “Azatutyun” radiosunun məlumatına görə, yerli jurnalistlərə təlimləri izləməyə imkan verilməyib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29