MTN Heydər Əliyev adına Akademiyasında Konstitusiya Günü qeyd edilib
Nazirlikdən Lent.az-a verilən məlumata görə, akademiya rəisinin tədris işi üzrə I müavini general-mayor Şahin Sultanov tədbiri acıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik edib.
Ş.Sultanov məruzə ilə çıxış edərək, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışıb.
O, Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edərək, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu bildirib.
Ş. Sultanov bu ilin noyabr ayının 7-də Milli Məclisə demokratik əsaslarla keçirilən seçkiləri Heydər Əliyev ideyalarının, eyni zamanda, onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın təntənəsi olduğunu bildirib.
Akademiyanın Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi Tuqay Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə danışıb.

1497