Macarıstandakı səfirliyimizdə Konstitusiya günü münasibəti ilə tədbir keçirilib
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirə Macarıstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər və bu ölkədəki beynəlxalq qurumlarda çalışan həmvətənlərimiz dəvət ediliblər.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev toplantı iştirakçılarını Konstitusiya günü münasibəti ilə təbrik edib, müstəqil dövlətimizin ilk əsas qanununun qəbulundan ötən 15 il ərzində ölkənin keçdiyi mürəkkəb və çoxcəhətli inkişaf yolu haqqında məlumat verib. Səfir sabiq prezident Heydər Əliyevin siyasi iradəsi ilə meydana çıxan Konstitusiyanın ölkəmizin demokratik inkişafı, ümumbəşəri dəyərlərə inteqrasiyası, insan haqq və hüquqlarının qorunması baxımından geniş imkanlar açdığını vurğulayıb. O, Konstitusiyanın müddəalarının həyata keçirilməsində hər bir Azərbaycan vətəndaşının, ilk növbədə isə Avropa ölkələrində təhsil alan gənclərin üzərinə böyük vəzifələr düşdüyünü söyləyib.
Səfirliyin müşaviri Anar İmanov “Azərbaycan Konstitusiyası: hüquq və vəzifələrimiz” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbir qəbul mərasimi ilə başa çatıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29