Umud Rəhimoğlu ABŞ-da Qarabağdan danışıb
11 noyabr 2010 17:09 (UTC +04:00)

Umud Rəhimoğlu ABŞ-da Qarabağdan danışıb

Vaşinqtonda ABŞ Dövlət Departamentinin Federal Yardım Bölməsinin “Amerika nəhənglərinin bir yerə toplanması” devizi altında 1-ci Faydalananlar Beynəlxalq Simpoziumu davam edir. Bu barədə ABŞ-da səfərdə olan BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Simpoziumla yanaşı BAMF nümayəndələri bir çox vacib görüşlər də keçiriblər. O, BAMF-ın departament rəhbəri Nik Nvolisa ilə birgə ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin növbədənkənar iclasında iştirak edib. U.Rəhimoğlu Dövlət Departamentinin digər qurumlarında - təhsil və mədəniyyət, əhali, qaçqınlar və miqrasiya, demokratiya, insan hüquqları və əmək, diplomatik təhlükəsizlik bürolarında görüşlər keçirdiyini bildirib. Həmin görüşlərdə BAMF sədri geniş müzakirələr və birgə əməkdaşlığın inkişaf etdirilməsi haqqında danışıqlar aparıldığını qeyd edib.

Bunlardan sonra o, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun Avrasiya və Rusiya Üzrə direktoru və səfiri Kollinz Ceymslə görüşdüyünü deyib: “Mən Beynəlxalq Sülh Naminə Karnegi Fondunun Avrasiya və Rusiya Üzrə direktoru və səfiri Kollinz Ceymslə görüşüb onunla bir sıra məsələləri müzakirə etdik. Hər iki təşkilatın fəaliyyəti ilə bağlı informasiya mübadiləsi oldu. Beynəlxalq Sülh Naminə Karnegi Fondu ilə BAMF-ın birgə əməkdaşlıq məsələlərini müzakirə etdik. Görüşdə Dağlıq Qarabağ probleminin dinc yolla həllinin gecikməsinə, Ermənistan-Türkiyə münasibətlərinə də toxunduq. Azərbaycandakı vətəndaş cəmiyyətinin Qarabağ problemi ilə bağlı mövqeyini bildirdim. Və vətəndaş cəmiyyətinin Qarabağ probleminin həllinin gecikməsi narahatçılığını da onun diqqətinə çatdırdım. Eyni zamanda, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycan cəmiyyətinin çox şey gözlədiyini, amma bu neçə ildə insanların ümidlərinin doğrulmamasından yaranan narahatçılığı da cənab Kollinzin diqqətinə çatdırdım. Ona Qarabağ İctimai Forumunun yaranması zərurətindən danışdım və Forumun qısa zamanda olan fəaliyyəti barədə məlumat da verdim”.

Müzakirələr zamanı U.Rəhimoğlu Qarabağ probleminin həlli açarının daha çox iki dövlətin - ABŞ və Rusiyanın əlində olduğunu K.Ceymsin diqqətinə çatdırıb. Və bu iki ölkənin Qarabağ probleminin həlində daha aktiv və səmərəli fəaliyyətinə ehtiyac olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar