AVCİYA ABŞ Dövlət Departamentinin açıqlamasına münasibət bildirdi
APA-nın məlumatına görə, M. Zülfüqarlı ABŞ Dövlət Departamentinin noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı rəyini kəskin tənqid edib. AVCİYA təmsilçisi qeyd edib ki, Dövlət Departamenti rəyini parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin müşahidə missiyasının rəyinə istinadən hazırlasa da, fərqli mövqe nümayiş etdirib: “Əslində, Dövlət Departamentinin rəyi adlarını çəkdiyim dörd nüfuzlu beynəlxalq təşkilatın rəyindən kəskin fərqlənir. Belə ki, Dövlət Departamenti “Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib” fikrini ifadə edib. Halbuki 4 nüfuzlu qurum belə bir rəy bildirməyib. Biz hesab edirik ki, ABŞ Dövlət Departamentinin bu mövqeyi 4 nüfuzlu beynəlxalq qurumun seçkilərlə bağlı rəyinin saxtalaşdırılmasına, Cənubi Qafqazda lider dövlətə çevrilmiş Azərbaycanda Qırğızıstan və Ukraynada sınaqdan çıxarılmış, seçkidən sonra stabilliyin pozulması və iğtişaşların yaranması ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər. Dövlət Departamentinin qeyri-obyektiv və qərəzli rəyi Azərbaycana təzyiq etməyə hesablanıb”.
1247