Tiflisdə Cənubi Qafqazda KİV-in vəziyyətinə həsr olunmuş konfrans keçirilir – FOTO
11 noyabr 2010 12:24 (UTC +04:00)

Tiflisdə Cənubi Qafqazda KİV-in vəziyyətinə həsr olunmuş konfrans keçirilir – FOTO

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, konfransı ATƏT-in KİV azadlığı məsələləri üzrə baş məsləhətçisi Anna Karlstrayter açıb. Daha sonra toplantıda Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Akaki Minaşvili, Gürcüstan xarici işlər nazirinin birinci müavini Qiqi Bokeriya, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç çıxış edib. D. Miyatoviç çıxışında bunları deyib: “Media daha azad olmalıdır. Bu çətin olacaq, lakin başqa çıxış yolumuz yoxdur. Konfransın məhsuldar olmasını gözləyirik. Mən sizlərə öz töhfəmi verməyə hazıram”.

Bundan sonra konfransın “İnformasiya əldə etmək sahəsində beynəlxalq standartlar” mövzusunda birinci sessiyası başlayıb. Müzakirələrdə ATƏT-in eksperti İlya Doqel çıxış edib.
Qeyd edək ki, iki gün davam edəcək toplantıda bölgədə KİV-in inkişaf tendensiyaları və problemləri, Cənubi Qafqazda internet şəbəkəsinin inkişafı və informasiyaya çıxış imkanları müzakirə olunacaq. Konfransın sonunda iştirakçıların tövsiyələrdən ibarət deklarasiya qəbul edəcəkləri gözlənilir.

Konfransda Gürcüstan, Azərbaycan və Ermənistan jurnalistləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hökumət təmsilçiləri və media üzrə beynəlxalq ekspertlər iştirak edir. Azərbaycanı tədbirdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Mərkəzi Bankın departament rəhbəri Rüfət Abbasov, Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev, “Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı və s. media nümayəndələri təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar