ABŞ Dövlət Departamentindən qrant alan təşkilatların I Beynəlxalq Simpoziumu keçirilir
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Simpoziumun əsas məqsədi qrant alanları və qrantlar üzrə mütəxəssisləri bir araya gətirmək, qrantlar sahəsində hazırkı vəziyyəti müzakirə etmək, Federal Yardım Bölməsinin (FYB) proqramlarının inkişafına müsbət təsir edəcək yeni yollar axtarmaqdır.
Tədbirdə ölkəmizi BAMF-in sədri Umud Rəhimoğlu, beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa təmsil edir.
Tədbiri giriş sözü ilə Dövlət Departamentinin FYB direktoru Georgiya Habert açıb. O bildirib ki, dövlət katibi Hillari Klinton Avstraliyada elm və təhsil məsələləri ilə əlaqədar görüşlər keçirdiyinə görə beynəlxalq müşavirədə iştirak edə bilməyəcək. Sonra müxtəlif agentlik və büroların nümayəndələrinin FYB-nin maliyyə idarəçiliyi, qrant verən hökumətin yeni və gələcək tələbləri, həmçinin digər məsələlər barədə çıxışları olub.
Beynəlxalq Simpozium bu gün başa çatacaq.

941