MSK DSK-lardan daxil olmuş protokolların araşdırılmasına başlayıb
Bu barədə APA-ya MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, aktlar DSK sədri və katibləri tərəfindən imzalanıb.
A. Sarıyev deyib ki, artıq MSK-da DSK-lardan daxil olmuş yekun protokolların və müraciətlərin araşdırılmasına başlanılıb.
MSK səsvermə günündən ən gec 20 gün keçənədək, yəni noyabrın 27-dək DSK-ların protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayaraq 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Konstitusiya Məhkəməsi isə protokolları və digər sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayacaq. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək. Konstitusiya Məhkəməsinin bu qərarı qəti sayılır.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12