XİN ABŞ-ın seçkilərlə bağlı rəyinə münasibət bildirdi
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir: “Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən “Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin Seçkiləri Müşahidə Missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”.
XİN-in açıqlamasında o da qeyd olunub ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanıb ki, seçkilər dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər. Bu da onu göstərir ki, seçkilər bütövlükdə əhalinin etimadını qazanıb: “Bununla yanaşı, Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq lazımi ölçü götürəcək”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29