Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanını ziyarət edib
APA-nın məlumatına görə, prezidenti dövlət və hökumət təmsilçiləri müşayiət ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanda ilk dəfə “Dövlət Bayrağı Günü” qeyd olunur. Noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü elan edilməsi barədə sərəncam Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2009-cu il noyabrın 17-də imzalayıb.
Azərbaycan Milli Məclisinin 2009-cu il dekabrın 4-də keçirilən iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihəsinin qəbul edilməsi ilə 9 noyabr tarixi qeyri-iş günlərinin siyahısına daxil edilib.
Bu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

1155