ABŞ Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb
APA-nın xəbərinə görə, ABŞ dövlət katibinin köməkçisi Flipp Krouli bildirib ki, 7 noyabr parlament seçkiləri Azərbaycanda bütün müxalifət partiyaları, yerli müşahidəçi qrupları və beynəlxalq ictimaiyyətin müşahidəsi altında dinc keçib: “Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasının ilkin rəylərini dəstəkləyirik”.
Açıqlamada bildirilib ki, mərkəzləşmiş qeydiyyat və rekord dərəcədə yerli müşahidəçilərin iştirakı, qadın namizədlərin sayının cüzi artımı da daxil olmaqla seçkilərin texniki aspektləri irəliləyişdən xəbər verir. Lakin seçkiqabağı prosesdə və seçkilər günündə problemlər qeydə alınıb.
“ATƏT/DTİHB müşahidə missiyasının bəzi narahatçılıqları ilə şərikik.
Biz Azərbaycan hökumətini seçkilərlə bağlı şikayətlərə məhkəmə qaydasında şəffaf, ədalətli baxılmasına, seçkilərə müdaxilə edən şəxslərdən hesabat almağa çağırırıq”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29