Qusarda bir məntəqədə seçkilərin nəticəsi ləğv olunub
51 saylı Qusar seçki dairəsinin 33 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv olunub. Bu barədə Lent.az-a DSK-nın sədri Cəlil İbrahimov bildirib. Onun sözlərinə görə, həmin məntəqədə protokol düzgün tərtib olunmadığından DSK-nın qərarı ilə həmin məntəqədə seçkilərin nəticəsi ləğv olunub. Cəlil İbrahimov protokolda rəqəmlərdə uyğunsuzluq olduğundan nəticə ləğv olunub. DSK-nın sədri onu da əlavə edib ki, məntəqədə seçkinin nəticələrinin ləğvi dairədə seçkilərin ümumi nəticələrinə təsir etmir. Həmin məntəqədə səsvermə hüququ olan 240 nəfər qeydiyyatda olub, seçki günü onlardan 180 nəfəri seçki hüququndan istifadə edib.
Qeyd edək ki, 51 saylı Qusar seçki dairəsində deputat mandatı uğrunda 4 nəfər mübarizə aparırdı. Bu dairədə 44 136 nəfərin səsvermə hüququ olan seçici, 61 məntəqə fəaliyyət göstərib. MSK-nın açıqladığı məlumata görə, bu dairədə namizədliyi YAP-dan irəli sürülən Azər Badamov 55,16% səslə qalib gəlib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29