YAP səsvermə prosesini anbaan izləyir
YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yerlərdən mütəmadi gələn məlumatlar ölkə üzrə səsvermə prosesinin qanun pozuntularına yol verilmədən keçirildiyini, lakin bəzi radikal müxalifət partiyalarının namizədlərinin və onların nümayəndələrinin seçki prosesini hər vasitə ilə pozmağa yönəlmiş hərəkətlərinin kütləvi xarakter aldığını göstərir.
Mətbuat xidmətindən bildiriblər ki, radikal müxalifətin formalaşdırdığı seçki blokunun səsvermə prosesi ilə bağlı tez-tez yaydığı “bəyanatlar”, özlərinin törətdikləri özbaşınalıqlar və qanun pozuntuları bu və ya digər formada hakimiyyət nümayəndələrinin, yaxud da YAP-ın ünvanına yönləndirilir. Bütün bunlara baxmayaraq, müxalifətin gün ərzində yaydığı bütün məlumatlar YAP-ın yerlərdəki nümayəndələri vasitəsilə araşdırılıb, nəticədə bunların böhtan olduğu üzə çıxıb, törətdikləri cinayət xarakterli əməllərin ört-basdır edilməsi üçün seçilmiş uğursuz vasitə olduğu məlum olub: “Təkcə bir faktı qeyd edək ki, AXCP-Müsavat blokunun yaydığı məlumatda 33 saylı Xətai I Seçki Dairəsində YAP-ın namizədinin seçki plakatlarının hələ də stendlərdə qaldığı bildirilir. Adı çəkilən blokun gün ərzində yaydığı bütün digər “qanun pozuntuları” ilə bağlı məlumatlar kimi, bu “fakt” da öz təsdiqini tapmayıb, yayılan məlumatların başdan-ayağa iftira olduğu bir daha təsdiqlənib”.

820