4 seçicinin evinə daşınan qutu aparıldı –  – VİDEO
07 noyabr 2010 15:43 (UTC +04:00)

4 seçicinin evinə daşınan qutu aparıldı – – VİDEO

Burada YAP, AXCP, Liberal, Müsavat partiyalarının, Rusiya, Gürcüstan, ATƏT PA, MDB PA-nın təmsilçiləri müşahidə aparırdılar.

1189 seçicisi olan 4 saylı seçki məntəqəsinə 1, 1261 seçicisi olan 5 saylı seçki məntəqəsinə isə 4 seçici ərizəsi daxil olub. Onlar səhhətlərindəki problemlə əlaqədar evlərinə daşınan qutu göndərilməsini istəyiblər.

Lent.az-ın əməkdaşı da ərizə ilə müraciət edən vətəndaşların seçki hüququnu təmin etmək məqsədilə evlərə daşınan qutunun aparılması prosesində iştirak etdi.

İlk olaraq 4 saylı məntəqənin seçicisi Berdişeva Nina İvanovnanın evinə getdik. 1 Kərpic küçəsi, ev 3 ünvanında yaşayan 81 yaşlı Nina Berdişevanın ayaqlarında problem var. Elə buna görə də evinə daşınan qutu gətirilməsi üçün müraciət edib.

Səsvermə zamanı N. Berdişevanın gözü zəif olduğuna və latın əlifbasını oxuya bilmədiyinə görə, siyahıda olan namizədlərin adlarının oxunmasını istədi. Komissiyanın üzvü 6 namizədin adını oxuduqdan sonra yaşlı seçici istədiyi namizədin adını işarələdi və kağızı qutuya saldı.

5 saylı seçki məntəqəsinə müraciət edən iki seçici eyni ünvanda yaşayırdı – Süleyman Rəhimov küçəsi, dalan 6-da. Orucova Asimə Razim qızının fəqərə sümüyü sındığından daşınan qutunun evə gətirilməsi üçün ərizə verib. O, heç kimin müdaxiləsi olmadan namizədinə səs verib, vərəqəni qutuya atdı.

Əliyev Məmməd Heydər oğlu isə ayağındakı problemə görə məntəqədə səs verə bilməyib. Gözü yaxşı görməyən M. Əliyevə namizədlərin adlarının oxunmasında nəvəsi köməklik göstərdi. Seçici heç kimin müdaxiləsi, göstərişi olmadan istədiyi namizədə səs verib vərəqəni daşınan qutuya saldı.

Son olaraq Rəsul Rza 80 ünvanında yaşayan Cəfərova Maya Soltan qızının evində olduq. Bu yaşlı seçiciyə də namizədlərin adını nəvəsi oxudu. Maya Cəfərova deputat görmək istədiyi şəxsin adını işarələdi və vərəqəni qutuya atdı. Bundan sonra daşınan qutunun ağzı möhürləndi.

Qeyd edək ki, 5 saylı məntəqəyə ərizə ilə müraciət edən dördüncü şəxsin evinə daşınan qutu aparılmadı. Buna səbəb isə seçicinin müalicədə olması idi.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar