
AŞPA-nın müşahidə missiyasının rəhbəri Binəqədidə səsvermənin gedişini müşahidə edir
0
0
APA-nın məlumatına görə, müşahidə missiyasının rəhbəri səhər saat 07.00 radələrində seçki dairəsi ərazisində yaradılmış məntəqələrə gələrək səsvermə prosesinə hazırlıq prosesini izləyib. 10 saylı seçki dairəsinin 31,33 və 34 saylı məntəqələrində səsvermə prosesini müşahidə edən missiya rəhbəri seçkilərin gedişi ilə maraqlanıb. 33 saylı məntəqədə səsvermə prosesinin müşahidə edən AXCP-Müsavat blokunun nümayəndəsi AŞPA missiyasının rəhbərinə bir nəfərin seçki qutusuna bir neçə bülleten atdığı barədə məlumat verib. Pol Villi bildirib ki, kütləvi səsvermə yaxşı fakt deyil: “Bur seçicinin bir neçə nəfərin əvəzinə səs verməsi yaxşı hal sayıla bilməz”. AŞPA-nın müşahidə missiyası rəhbərinin iradına cavab olaraq məntəqə seçki komissiyasının sədri bir nəfərin ailə üzvlərinin əvəzindən səs verdiyini etiraf edib. Pol Villi istənilən halda kütləvi səsvermənin düzgün olmadığını, hər bir seçicinin öz iradəsini müstəqil şəkildə ifadə etməli olduğunu deyib. Müşahidəçilərə müraciət edən Pol Villi yenidən bu məntəqələrə qayıdacağını deyib və rastlaşdıqları qanun pozuntularını aktlaşdıraraq ona təqdim etməyi xahiş edib. Jurnalistlərə açıqlama verən Pol Villi rəhbərlik etdiyi AŞPA müşahidə missiyasının tərkibinə 30 müşahidəçinin daxil olduğunu, onlardan birinin səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycana gələ bilmədiyini deyib. Qeyd edək ki, müxtəlif məntəqələrdə səsvermənin gedişinin müşahidə edən missiya rəhbərini AŞPA nümayəndəsi Vladimir Dronov müşayiət edir.
0
0
Oxşar yazılar

Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün yekunlarına dair MƏLUMAT
5 sentyabr 2025 , 19:13
Balayan Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulduğunu etiraf etdi
5 sentyabr 2025 , 15:05
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında yaxından iştirak edib
5 sentyabr 2025 , 14:00
Azərbaycan XİN Moskvaya cavab verdi
5 sentyabr 2025 , 12:57
Madat Babayan Xocalı soyqırımı zamanı xüsusi qəddarlığı ilə seçilən ermənilərin adlarını açıqladı
4 sentyabr 2025 , 20:30
Bu ölkə Putinin azərbaycanlı dostu İlham Rəhimova sanksiya tətbiq etdi
4 sentyabr 2025 , 18:16
Azərbaycan bu ölkədəki səfirini geri çağırdı
4 sentyabr 2025 , 16:18