Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında çıxış edib
05 noyabr 2010 16:37 (UTC +04:00)

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında çıxış edib

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, noyabrın 4-də konfransı açan Niderland təhsil, mədəniyyət və elm naziri Marjan Hammersma medianın özünütənzimləməsini önəmli cəhət kimi vurğulayıb və mətbuat şuralarının bu istiqamətdəki rolunun böyük olduğunu söyləyib.


Toplatıda 30-dan çox ölkənin hesabatı dinlənilib, şuraların fəaliyyətindəki oxşar və fərqli cəhətlər nəzərdən keçirilib. Tədbirin ilk günü, noyabrın 4-də Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib. Əflatun Amaşov rəhbərlik etdiyi qurumun yaranmasından, gördüyü işlərdən danışıb. O, xüsusən Mətbuatı Şurasının şikayətlərə baxılması sahəsindəki təcrübəsi, mövcud sahədəki statistik göstəricilər barədə ətraflı məlumat verib. Şura sədrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə bağlı təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Öncədən onlara paylanan sənəd ətrafında geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səslənib.

Toplantının bu günə nəzərdə tutulan iş planında mətbuat şuralarının internet, on-line, “Facebook”la bağlı vəzifələrinə dair məsələlər yer alıb. Bildirilib ki, indiyədək bu şəbəkə heç bir qurum tərəfindən idarə edilməyib və onlara azad istinad mənbəyi kimi yanaşılıb. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirib. Xüsusilə bir sıra terror təşkilatlarının, o cümlədən “əl-Qaidə”nin bu resurslardan öz məqsədləri üçün yararlanması və digər belə məsələlər dünya mediası ilə bağlı ciddi narahatlıq doğuran məqamlar kimi vurğulanıb.

Mövcud situasiyada mətbuat şuralarının rolunun nədən ibarət ola biləcəyinə, həmçinin “Facebook” sosial şəbəkəsinə nəzarətin mümkünlüyünə dair diskussiyalar aparılıb. Qərara alınıb ki, bu məsələlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bu il Nepalda keçiriləcək toplantısında da müzakirəyə çıxarılsın. Müzakirələrə qatılan Əflatun Amaşov rəhbərlik etdiyi qurumun bu kimi məqamlara həssaslıqla yanaşdığını, artıq bir saytla bağlı şikayətə baxdığını nəzərə çatdırıb.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısına Əflatun Amaşovla yanaşı, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı Firudin Ağazadə də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857

Oxşar yazılar