AŞPA-nın müşahidə missiyasının tərkibi açıqlanıb
Noyabrın 7-də Milli Məclisə seçkiləri izləyəcək Avropa Şurası Parlament Assambleyası (AŞ PA) müşahidə missiyasının tam təsdiqlənmiş tərkibi açıqlanıb. APA-nın Avropa Şurasının rəsmi saytına istinadən məlumata görə, belçikalı deputat Pol Villinin rəhbərlik etdiyi missiyaya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqromunt və Jozef Debono Qrex, eləcədə İspaniya, Almaniya, İtaliya, Polşa, Fransa, Lixtenşteyn, İsveç, Türkiyə, Latviya, Malta, İsveçrə, Finlandiya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Lüksemburq, Sloveniya, Norveçi təmsil edən deputatlar daxildir. Qeyd edək ki, onlar arasında AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross da var.
AŞPA üzvlərindən əlavə missiyaya AŞ katibliyinin 2 əməkdaşı, eləcədə Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Serqey Kuznetsov da daxildir.
Missiya üzvləri bu gündən başlayaraq Bakıya gəlməyə başlayacaqlar. Onlar bu dəfə müşahidələri ATƏT/DTİHB-in müşahidə missiyası ilə birlikdə aparacaqlar. Noyabrın 8-də isə beynəlxalq müşahidəçilər birgə bəyanatla çıxış edəcəklər.

Oxşar yazılar

İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03