Azərbaycan və Türkiyə birgə raket istehsal edəcək
04 noyabr 2010 14:31 (UTC +04:00)

Azərbaycan və Türkiyə birgə raket istehsal edəcək

Bu barədə APA-ya ötən gün Azərbaycanda səfərdə olmuş Türkiyə hərbi nümayəndə heyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ROKETSAN şirkəti arasında 107 mm və 122 mm çaplı raketlərin birgə istehsalına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq bəzi hissələri Türkiyədən tədarük olunmaqla raketlər Azərbaycanda istehsal olunacaq.

Xüsusi aerodinamika və az tüstülü kompozit bərk yanacaq mühərrikə malik, dizaynı və istehsalı ROKETSAN tərəfindən edilmiş 107 mm çaplı artırılmış mənzilli raketlər klassik 107 mm-lik raketlərə müqayisədə 50% uzaq mənzilli məsafəyə (11 km) malikdir. Dizaynı və istehsalı ROKETSAN tərəfindən edilən 122 mm çaplı raketlər isə klassik 122 mm-lik raketlərə müqayisədə 100% artırılmış mənzilə malikdir. İki fərqli döyüş başlığını daşıyan bu raketlər 40 km məsafədə hədəflərə qarşı təsirli atəş gücü yarada bilir.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan ROKETSAN milli mərmi və raket proqramlarının reallaşdırılması üçün 1988-ci ildə yaradılıb. Hazırda 140 xarici firma ilə əməkdaşlıq edən ROKETSAN 107, 122 və 302 millimetr artilleriya silah sistemləri, havadan müdafiə proqramları, tank əleyhinə mərmilərin, həssas idarə olunan sursatların istehsalı üzrə ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar