MDB Müşahidə Missiyası seçkiqabağı durumla bağlı bəyanat yaydı
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, MDB Müşahidə Missiyasının yaydığı bəyanatda bildirilir ki, Müşahidə Missiyası seçkiqabağı kampaniyanın gedişi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Odri Qloverlə fikir mübadiləsi aparılıb.
Bu vaxta qədər MDB Müşahidə Missiyasının üzvləri Baş Prokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyində görüşlər keçiriblər. Ekspertlər Azərbaycanın Seçki Məcəlləsini beynəlxalq standartlara və ATƏT-in seçki sahəsində irəli sürdükləri öhdəliklərə uyğunluğunu araşdırıblar. MDB Müşahidə Missiyası Mərkəzi Seçki Komissiyasının iclasında iştirak edib, açıq və şəffaf fəaliyyətin şahidi olub. İclaslar barədə öncədən məlumat verilir, iclaslarda beynəlxalq müşahidəçilər, siyasi partiyaların, blokların təmsilçiləri, jurnalistlər iştirak edirlər. Məlumatlar MSK-nın saytında yerləşdirilir. MSK-da qaynar xətt açılıb, seçki prosesinin şəffaflığını təmin etmək üçün 500 məntəqədə veb-kamera quraşdırılıb. Dairə və seçki komissiyalarına yaddaş və izahla bağlı dərc olunmuş broşurlar göndərilib, seçki komissiyalarının üzvlərinə treninqlər keçirilir. Seçki hüququndan ilk dəfə istifadə edəcək insanlarda da dairə və seçki komissiyalarında seminarlar təşkil olunur.
MDB Müşahidə Missiyası deputatlığa namizədlərə təşviqat kampaniyası aparmaq üçün bərabər şərait yaradıldığı qənaətindədir və hər deputatlığa namizədə İctimai Televiziyada 4 dəqiqə ayrıldığını qeyd edir. Bütün seçki dairələrində namizədlərin təşviqat materialları qurulmuş lövhələrdə yerləşdirilib. Daxili İşlər Nazirliyinə və yerli icra orqanlarına partiya, blok və namizədlərə müəyyən yerlərdə kütləvi aksiyalar keçirmək üçün uyğun şərait yaratmaq tapşırılıb. Vətəndaşlar seçici siyahıları ilə tanış ola bilərlər.
MDB Müşahidə Missiyası Bakı, Sumqayıt, Şamaxı, Tovuz və Ağstafa rayonlarında olub, seçki dairələri və məntəqələrin işi ilə tanış olublar və seçki ilə bağlı işin Seçki Məcəlləsinə uyğun aparıldığı müəyyənləşdirilib. MDB Müşahidə Missiyasının üzvləri dairə və məntəqə seçki komissiyalarının üzvlərinə məsləhətlər verib, texniki çatışmazlıqları aradan qaldırmağı tövsiyə ediblər. Müşahidə Missiyası seçki komissiyalarının işinin şəffaf və yüksək səviyyədə qurulduğunu vurğulayır.
MDB Müşahidə Missiyası Milli Məclisə seçkilərlə bağlı yekun qiymətini seçkinin nəticələri açıqlanandan sonra elan edəcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29