Daxili İşlər Nazirliyində parlament seçkiləri ilə bağlı xüsusi qərargah yaradılıb
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib.
Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının və ictimai qaydanın pozulması hallarının, seçki komissiyalarına, onların üzvlərinə hər hansı təzyiq göstərilməsinin aradan qaldırılması ilə əlaqədar aidiyyəti təşkilatlarla yanaşı, daxili işlər orqanlarının qarşısında da mühüm vəzifələr durduğunu qeyd edən DİN rəsmisi seçkiyə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkinin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz, demokratik şəraitdə keçirilməsi və bununla bağlı daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə hələ avqust ayında daxili işlər naziri Ramil Usubovun təsdiq etdiyi xüsusi Tədbirlər Planı hazırlanaraq icra üçün polis orqanlarına göndərildiyini qeyd edib: “Tədbirlər Plana uyğun olaraq sentyabrın 15-dək seçkilərlə bağlı daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi məqsədilə zonalar üzrə seminar-məşğələlər keçirilib. Şəxsi heyətin sayıqlığının daha da artırılması, əməliyyat durumuna mənfi təsir göstərə biləcək amillərin vaxtında aşkar edilməsi, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması, seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması üçün əməkdaşlarımız müvafiq qaydada təlimatlandırılıblar. Eyni zamanda, səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini demək olar ki, başa çatdırılıb. Əgər əvvəllər hər ay orta hesabla 50-60 min nəfərə şəxsiyyət vəsiqəsi verilirdisə, gücləndirilmiş iş rejimində çalışan pasport xidmətinin əməkdaşları ən müasir avadanlıqlarla təchiz olunmuş 77 regional mərkəzdə təkcə sentyabr-oktyabr aylarında üst-üstə 326 min nəfəri şəxsiyyəti təsdiq edən sənədlərlə təmin ediblər”.
S. Gözəlov, həmçinin bildirib ki, əgər vətəndaş seçki günü şəxsiyyəti təsdiq edən sənədi itirərsə, yaxud tapa bilməzsə dərhal ərazi üzrə pasport-qeydiyyat şöbəsinə müraciət etməlidir. Bu halda o, 1 saat müddətində yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq.
S. Gözəlov deputatlığa namizədlərin və seçkini müşahidə etmək məqsədilə xarici ölkələrdən gəlmiş nümayəndələrin təhlükəsizliklərinin təmin olunması, seçki məntəqələrinin mühafizəsinin təşkili diqqət mərkəzində saxlanıldığını deyib: “Səsvermə başa çatdıqdan sonra bülletenlərin dairə seçki komissiyalarına, oradan isə Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi də polisin üzərinə düşür. Seçki kampaniyası dövründə və seçkilər günü qanun pozuntuları ilə əlaqədar alınmış siqnal və məlumatların, həmçinin ayrı-ayrı Kütləvi İnformasiya Vasitələrində dərc edilmiş yazıların operativ şəkildə və obyektiv yoxlanılmasının təşkili və nəticələrindən asılı olaraq müvafiq qaydada tədbirlərin görülməsini təmin etmək məqsədilə cənab Ramil Usubovun əmri ilə Daxili İşlər Nazirliyində xüsusi qərargah yaradılıb”.
Bu günədək deputatlığa namizədlərin seçicilərlə 1502 görüş keçirdiyini qeyd edən S. Gözəlovun sözlərinə görə, müraciət olunan yerlərdə ictimai qaydanın və təhlükəsizliyin qorunması təmin olunub, hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb. O, həmçinin bildirib ki, ayrı-ayrı hallarda ortaya çıxan və polisin səlahiyyətinə aid olan bəzi hüquqpozmalara qarşı lazımi tədbirlər görülüb: “Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar nazirliyin bütün orqan və hissələri noyabr ayının 5-dən 9-dək gücləndirilmiş iş rejimində çalışacaq. Xidmətə cəlb olunmuş əməkdaşlarla normal və çevik rabitə əlaqəsinin yaradılması tam təmin edilib. Onu da qeyd edim ki, polis əməkdaşları seçici kimi səsvermə halları istisna olunmaqla, seçki günü geyim formasında seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyası sədrinin dəvətinə əsasən daxil ola bilər və asayiş bərpa olunduqdan sonra dərhal məntəqəni tərk etməlidir”.

643