
ABŞ maliyyə nazirinin müavini Azərbaycan və Türkiyəni İranla iqtisadi əlaqələri genişləndirməkdə günahlandırıb
APA-nın məlumatına görə, ötən ay bölgədə, o cümlədən Azərbaycanda səfərdə olan S. Levi “Amerikanın Səsi” radiostansiyasına müsahibəsində deyib ki, İranın yaxın qonşuları Türkiyə və Azərbaycan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına zidd olaraq İranla iqtisadi əlaqələri genişləndirir: “Türkiyə və Azərbaycan İranın nüvə silahı yaratmasına etiraz edir, amma bu problemin sülh yolu həllinin tərəfdarıdır. İran bu ölkələrlə həmsərhəddir. Mən belə başa düşürəm ki, Türkiyə ilə Azərbaycan İranla münasibətlərini pozmaq istəmir. Onlar İranla iqtisadi əlaqələri, sərhədyanı ticarəti inkişaf etdirir, amma İran məsələsinin mümkün həlli ilə bağlı həyəcan keçirir, çünki hesab edirlər ki, bu problemin digər yolla həlli bütün bölgədə sabitliyin pozulmasına gətirib çıxara bilər”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29