“Ədalət naminə dostunu işarələ”
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində növbəti aksiya başa çatıb.
İKGF-nin Bakı Ofisindən Lent.az-a verilən məlumata görə, “Facebook” səhifəsində start götürmüş “Ədalət naminə dostunu işarələ” adlı qlobal aksiyanın üçüncü mərhələsi uğurla başa çatıb.
Aksiya nəticəsində 4 gün ərzində 5000-dən çox insan “Xocalıya ədalət” kampaniyasının “Facebook” səhifəsinin qonağı olub, 460 nəfər öz dostunu işarələyib. Eyni zamanda bu aksiya çərçivəsində “Save Darfur” (“Darfuru xilas et”) kampaniyasına da maliyyə dəstəyi göstərilib.
Aksiyanın məqsədi “Facebook” sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə etməklə Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə “Facebook”un 500 milyon istifadəçisi arasında yaymaqdır. Kampaniyanın növbəti mərhələsi “Ədalət naminə Dostunu işarələ, Qlobal İstiləşməni dayandır” adlanacaq, dördüncü mərhələ noyabrın 1-də başlanacaq.

Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48