Zəngilan rayonunun işğalından 17 il ötür
Lent.az-ın məlumatına görə, Zəngilan 1993-cü il oktyabrın 29-da ermənilər tərəfindən işğal olunub. Zəngilan Azərbaycanın sonuncu işğal edilən rayonudur. Ermənilərin irimiqyaslı hücuma hazırlaşması barədə əhalinin əvvəlcədən məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş verməsinin qarşısını alıb. Mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıb.
Rayonun müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.
Qeyd edək ki, Zəngilanın ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Rayonda mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) orada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə təşkil olunub. Şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik olan bu rayonun sahəsi 707 kvadrat kilometr, əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.

Oxşar yazılar

İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03