
Prezident İlham Əliyev Viktor Yanukoviçi ölkəmizə dəvət edib
APA-nın UNİAN-a istinadən yaydığı məlumata görə, prezident bu dəvəti sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında səsləndirib: “Burada, jurnalistlərin qarşısında Viktor Fyodoroviçi onun üçün münasib bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. İstəyirəm ki, əlaqələrimiz daimi xarakter daşısın və biz tez-tez görüşək”. Xatırladaq ki, Azərbaycan prezidenti Ukraynaya səfəri çərçivəsində Ukrayna prezidenti ilə təkbətək görüş keçirib, daha sonra Ukrayna-Azərbaycan Prezidentlər Şurasının ikinci iclasında iştirak edib. Danışıqlardan sonra hər iki prezident birgə Bəyannamə və Ukrayna-Azərbaycan Prezidentlər Şurasının ikinci iclasının protokolunu imzalayıblar. Bundan başqa Azərbaycan və Ukrayna xarici siyasət idarələri arasında arxiv işinin təşkili sahəsində əməkdaşlığa dair saziş də imzalanıb.
ala
ala
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29