Ukrayna və Azərbaycan arasında strateji müqavilə imzalanacaq
Oktyabrın 28-də Kiyevdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının II iclası keçirilib. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç iclasdan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu yığıncaqdan əvvəl xüsusən yekun Protokolun hazırlanması üçün böyük iş aparılıb: “Məqsəd bu Protokolu konkret məna və məzmunla doldurmaq idi. İkitərəfli əlaqələrimizin çox əvvəl qoyulmuş ənənələri davam edir. Biz Azərbaycan prezidenti ilə çoxdan bir-birimizi tanıyırıq. Razılığa gəldik ki, Ukrayna-Azərbaycan münasibətlərini fəallaşdıraq və ona məzmun verək. Biz milli maraqlarımıza uyğun şəkildə faydalı əməkdaşlıq edə biləcəyimiz məsələlərin siyahısını genişləndirdik. Bunlar iqtisadi-ticarət sahəsində əməkdaşlıq məsələləri və beynəlxalq təşkilatlarda birgə işi əhatə edir. Yüzillərdir Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan humanitar əlaqələrin spektri də genişdir”.
V. Yanukoviç iki ölkənin iqtisadi-ticarət əlaqələrində yanacaq-energetika sahəsinin xüsusi yer tutduğunu söyləyib. O, Ukrayna ilə Azərbaycan arasında imzalanacaq strateji müqavilənin hazırlanması üçün birgə işçi qrup yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb. Bu müqaviləyə əsasən Ukraynanın Azərbaycandan alacağı enerji ehtiyatlarının həcmi ciddi şəkildə artırılacaq. V. Yanukoviç bu əməkdaşlıqda üçüncü ölkələrin, məsələn Rusiyanın və digər Xəzəryanı ölkələrin iştirakını da istisna etməyib: “Biz bu proqramın necə yerinə yetiriləcəyinə dair mexanizmlər işləyib hazırlayacağıq. Bu gün enerji ehtiyatlarının diversifikasiyası məsələsi gündəmdə çox kəskin dayanır. Biz hesab edirik ki, Azərbaycanın neft və qaz istehsalını artırmaq üçün çox böyük perspektivləri var. Dostlarımıza arzu edirik ki, onlar tezliklə bu perspektivi reallaşdırsınlar”.
V. Yanukoviç əminliklə vurğulayıb ki, bu il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi faizlərlə deyil, dəfələrlə artacaq: “Bu, ikitərəfli işin nəticəsidir. Bizim vəzifəmiz əldə olunanla kifayətlənməyərək qarşılıqlı faydalı fəaliyyəti davam etdirməkdir. Ukrayna Azərbaycanın xarici ticarət tərəfdaşı kimi hazırda ikinci yerdədir. Biz əlbəttə ki, bu nəticəni yaxşılaşdırmaq istəyirik”.
Azərbaycan prezidenti İlham Əliyev də hərtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivinin çox ümidverici olduğunu söyləyib: “Biz siyasi münasibətlər və məsləhətləşmələri gücləndirmək, beynəlxalq təşkilatlarda biz-birimizə dəstək vermək, regional işlər, xüsusən Xəzər-Qara dəniz hövzəsinin inteqrasiyası məsələlərində fəal əməkdaşlıq etmək niyyətimizi bir daha təsdiqlədik”.
İ. Əliyev enerji və yanacaq-energetika kompleksi ilə bağlı məsələləri ətraflı müzakirə etdiklərini deyib: “Bu sahədə konkret nəticələri görürük və əməkdaşlığın genişləndiriləcəyinə ümid edirik. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artmasından da şadıq. Biz fəaliyyətimizi konkret məzmunla zənginləşdirmək və daha fəal əməkdaşlıq üçün iqtisadiyyatımızın potensialından maksimum istifadə etməliyik. Bunun üçün hər cür əsas var”.

740