Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü keçirilir
APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, Azərbaycan və Ukrayna prezidentləri Kiyevin Şərəf Meydanında naməlum əsgərin abidəsi önünə əklil qoyublar. Prezidentlər həmçinin Ukraynada Qolodomor qurbanlarının xatirəsini yad etmə mərasimində iştirak ediblər.
Daha sonra Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib. Ukrayna Silahlı Qüvvələrinin Fəxri Qarovulunun hərbçiləri prezidentləri qarşılayıb. Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra Azərbaycan prezidenti fəxri qarovulda dayanan əsgərləri salamlayıb. Hərbçilər dövlət başçıları və iki ölkənin nümayəndə heyətlərinin qarşısında təntənəli keçid ediblər.
Hazırda Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb. Görüşdən sonra Azərbaycan-Ukrayna Prezidentlər Şurasının iclası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq və dövlət başçıları jurnalistlərin suallarını cavablandıracaqlar.
İmzalanacaq sənədlər arasında Prezidentlərin Birgə Bəyannaməsi və iki ölkənin xarici siyasət idarələri arasında arxiv işi sahəsində əməkdaşlıq barədə hökumətlərarası saziş də var.
Azərbaycan prezidentinin həmçinin səfər çərçivəsində baş nazir Nikolay Azarov və Ali Radanın sədri Vladimir Litvinlə də görüşləri nəzərdə tutulur.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29