Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfəri başlayıb.
APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, daha sonra isə Azərbaycan-Ukrayna Prezidentlər Şurasının ikinci iclasının keçirilməsi nəzərdə tutulur. İclasdan sonra iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlər imzalanacaq. İmzalanma mərasimindən sonra prezidentlər mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.
Xatırladaq ki, Ukrayna baş nazirinin birinci müavini Andrey Klyuyev oktyabrın 7-də Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 8-ci iclasında sonra jurnalistlərə açıqlamasında bildirib ki, hər iki ölkə yaxın günlərdə 2011-2015-ci illəri əhatə edən strateji əməkdaşlıq planı imzalamaq niyyətindədir. Plan hərbi-texniki və kosmos sahəsində, nəqliyyat, ağır maşınqayırma, yanacaq-energetika kompleksi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutur.
Bundan başqa Klyuyevin sözlərinə görə, Ukrayna Azərbaycandan idxal etdiyi neft məhsullarının həcmini artırmaq niyyətindədir. O dəqiq rəqəmin yaxın 2-3- həftə ərzində açıqlanacağını bildirib.

Oxşar yazılar

Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26