
“Azərbaycan və Ermənistan ATƏT sammitinə qədər razılığa gələ bilər”
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu prezidentlərin Həştərxandakı üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev deyib. O, görüşdə bu mövzunu müzakirə etdiklərini bildirib: “Hazırda sonradan sülh müqaviləsinin əsasını təşkil edəcək prinsiplərlə bağlı məsələlər açıq qalır. Buna baxmayaraq, biz müəyyən yol qət etmişik və bu, ümid etməyə əsas verir ki, tərəflər noyabr ayında yaxşı işləsələr – biz xarici işlər nazirlərinə belə bir təlimat verəcəyik - dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitinə qədər ümumi həll prinsiplərinə dair razılaşdırılmış variant əldə edilə bilər”.
D. Medvedev qeyd edib ki, hələ kifayət qədər razılaşdırılmamış məsələ var, lakin tərəflər fikir ayrılıqları ilə bağlı razılığa gəlməyə can atır: “Rusiya səylərini davam etdirəcək. Mən hesab edirəm ki, nəticə əldə oluna bilər və bu, müəyyən nikbinlik yaradır”.
D. Medvedev qeyd edib ki, hələ kifayət qədər razılaşdırılmamış məsələ var, lakin tərəflər fikir ayrılıqları ilə bağlı razılığa gəlməyə can atır: “Rusiya səylərini davam etdirəcək. Mən hesab edirəm ki, nəticə əldə oluna bilər və bu, müəyyən nikbinlik yaradır”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29