(R) Millət vəkilliyinə namizəd Qənirə Paşayeva seçicilərlə görüşüb
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun 3 ən böyük kəndi olan Abulbəyli, Bozalqanlı və Aşağı Ayıblıda görüşlər keçirib.
Deputatlığa namizədin seçki qərargahından Lent.az-a verilən məlumata görə, yüzlərlə kənd sakinin qatıldığı görüşlərdə Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışıb.
O bildirib ki, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. Son 5 il ərzində Tovuz rayonunda və rayonun Abulbəyli, Bozalqanlı, Aşağı Ayıbla kəndlərinin simasının tamamilə dəyişdiyini deyən millət vəkili qeyd edib ki, kəndlərə qaz verilməsi təmin olunub, elektrik, su təminatı ilə bağlı problemlər demək olar ki, öz həllini tapıb.
Aşağı Ayıbla kəndinin əsas yolları yüksək səviyyədə təmir olunub, kənddə yüksək səviyyəli 3 mərtəbəli məktəb binası tikilərək istifadəyə verilib, əkin sahələrinin suvarılması istiqamətində artezian quyuları qazılıb. Qənirə Paşayeva görülən bu işlərin ölkə prezidentinin yürütdüyü siyasətin nəticəsi olduğunu vurğulayıb. Millət vəkili gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr və bilik marafonları nəticəsində son 5 ildə hər il bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. Prezident İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə diqqəti nəticəsində Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuzda da çoxlu sayda məktəb tikilib, təhsilin keyfiyyətində əsaslı dəyişikliklər yaranıb.
Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə bu kəndlərin sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı 100-lərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. O bildirib ki, bu kəndlərin sakinləri və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.
Görüşdə iştirak edən əslən Düzqırıqlı kəndindən olan professor, elmlər doktoru, böyük alim Qəzənfər Paşayev bildirib ki, Qənirə Paşayeva millət vəkili kimi son 5 ildə əslən Tovuz rayonundan olan Azərbaycanın çoxlu sayda şair və ustad aşıqların kitablarının çap edilməsinin təşəbbüskarı və dəstəkçisi olub. Görüşdə iştirak edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq, yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb. Qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.
Görüş zamanı əhalisinə görə Tovuzun ən böyük kəndi olan Aşağı Ayıbla sakinləri Qənirə Paşayevadan rayon mərkəzindən uzaqda yerləşən kəndlərində bankomatın qoyulması istiqamətində kömək göstərilməsi məsələsini xahiş ediblər. Qənirə Paşayeva bildirib ki, bir neçə gün əvvəl parlamentdə hökumət üzvləri ilə birgə gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı o bu məsələni parlament səviyyəsində qaldırıb və iclasdan dərhal sonra ona bu məsələnin yaxın günlərdə öz həllini tapacağını bildiriblər. Millət vəkili deyib ki, yaxın günlərdə Aşağı Ayıblı kəndində bankomat quraşdırılacaq ki, insanların bu istiqamətdə problemləri bununla öz həllini tapacaq. Millət vəkilinin Aşağı Ayıbla kəndində seçiciləri ilə görüşündə ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri də iştirak ediblər.

997