“Bu ölkədə İranın hoqqaları keçməz”
Azərbaycanlı alim Rəşid Əliyev İranın ölkəmizdəki səfiri Məhəmməd Bagır Bəhraminin ittihamlarına cavab verib. R. Əliyev APA-ya açıqlamasında səfirin danışdıqlarını cəfəngiyat adlandırıb.
R. Əliyev İran səfirinin son açıqlamasının onu susdurmaq məqsədi daşıdığını vurğulayıb: “Mən İranda həbsdə olarkən də öz sözümü demişəm. Günahsız olduğumu sübuta yetirmək üçün var qüvvəmlə çalışmışam, hüquqlarımı müdafiə etmək üçün vəkil tələb etmişəm. Zor durumlarda Azərbaycanın İrandakı səfirliyinə üz tutmuşam. Niyə İran hökuməti o zaman məni susdurmağa cəhd belə etmirdi? Mən bu işdə günahsız olmuşam. Onlardan da tələb etmişəm ki, ədalətli məhkəmə təşkil edin və mənə hüquqlarımı müdafiə etməyə şərait yaradın. Əgər mənim günahım sübuta yetirilsə, edam olunmağa belə hazıram. Məni tutmaq üçün onların əlində heç bir əsas yox idi. Bu gün onların heç bir mənəvi hüququ yoxdur ki, buna etiraz eləsinlər. İran hökuməti məni iki il girov saxlayıb. Mən təyyarədə Bakıya qayıdarkən Məhəmməd Bagır Bəhramiyə də öz etirazmı bildirmişəm. Qeyd etmişəm ki, çalışdığım şirkətin yarasız fəaliyyəti nəticəsində məni iki il qanunsuz həbsdə saxlayıbsınız”.
R. Əliyev bir daha İranda insan haqlarının kobud surətdə pozulduğunu bəyan edib: “Bütün dünyaya məlumdur ki, bu gün İranda insan haqları kobudcasına pozulur. Mənim heç bir günahım olmadan, əsasız yerə, psixoloji işgəncə altında orda həbsdə saxlanılmağım bunu bir daha sübut edir. Onu da deməliyəm ki, bura Azərbaycandır, mən də müstəqil Azərbaycanın vətəndaşıyam. Burada İrandan fərqli olaraq insan hüquqlarına hörmətlə yanaşılır. İranda öz hüquqlarımı müdafiə edə bilmədim. İnanıram ki, burada edəcəyəm. Əgər mən bunu etməsəm, günahsızlığımı sübuta yetirə bilməsəm, hamı elə bilər ki, doğurdanda Rəşid Əliyev casusdur. Mən azadlığa çıxmağımla əlaqədar İran səfirinə təşəkkür etmişəm. Lakin günahsız yerə həbsdə saxlanıldığım üçün hər zaman buna etiraz edəcəyəm. Bu, mənim mənəvi haqqımdır ”.
İran səfirinin R. Əliyevin yenidən həbs olunması ehtimalının olması barədə fikirlərinə münasibət bildirən azərbaycanlı alim bunu cəfəngiyat adlandırıb: “Məhəmməd Bagır Bəhraminin fikirləri məni susdurmaq niyyəti güdür. Bu məndə sadəcə gülüş doğurur. Mən bir daha deyirəm ki, bura İran deyil, müstəqil Azərbaycandır. Mən müstəqil Azərbaycanın vətəndaşıyam. Bu ölkədə İranın hoqqaları keçməz. İran səfiri nə danışdığının fərqində deyil. Bu nə deməkdir? Azərbaycan xalqı və dövləti olduğu müddətdə İran dövləti məni tutub apara bilməz. Bu günədək dövlətim və xalqım məni müdafiə edib. İnanıram ki, bundan sonra da edəcək”.
R. Əliyev həmçinin İran səfirinin onun iki ölkə arasında münasibətlərin pozulmasına xidmət edən qüvvələrə xidmət etməsi barədə dediklərinə də münasibət bildirib: “Mənim İran hökuməti ilə ciddi bir problemim olmayıb. İran-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə hər zaman dəstək vermişəm. Amma gərək onlar başa düşsünlər ki, mən günahsız yerə iki il həbsdə saxlanılmışam. Bu müddət ərzində mənə maddi və mənəvi ziyan dəyib”.
R. Əliyev sonda İran səfiri və ona qarşı ittiham irəli sürən bu ölkənin rəsmi şəxslərinə müraciət edib: “Mən bir daha deyirəm ki, İran hökuməti məni heç bir günahım olmadan həbs edib. Mən İran səfirini, həmçinin onların məmurlarını debata çağırıram. Gəlsinlər görüşək və danışaq. Onların əlində əsas varsa, ortalığa qoysunlar. Bilirəm ki, bunu edə bilməzlər. Çünki əllərində heç bir əsas yoxdur. Əgər varsa mən məsuliyyət daşımağa hazıram. Onda məlum olacaq ki, mən itirən tərəfəm. Mən İran üçün hər zaman yaxşılıq eləmişəm”.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmməd Bagır Bəhrami bir müddət əvvəl İranda həbsdən azad edilmiş Azərbaycan alimi Rəşid Əliyevin açıqlamalarına münasibət bildirərkən onun həqiqətləri təhrif etdiyini bildirib. R. Əliyevin İran qanunlarına uyğun olaraq casusluqda ittiham olunaraq həbs edildiyini vurğulayan Məhəmməd Bagır Bəhrami onun əfv olunduğunu deyib: “Hər halda mən ümid edirəm ki, tezliklə bu şəxs hər iki ölkənin düşmənlərinin təsiri altından çıxacaq. Əks halda biz Azərbaycanın aidiyyəti orqanları ilə birlikdə lazımı tədbirləri görəcəyik”.

611