(R) Millət vəkilliyinə namizəd Qənirə Paşayeva Tovuzda seçicilərlə möhtəşəm görüş keçirib -
500-ə yaxın kənd sakinin qatıldığı görüşdə millət vəkili ilk öncə 5 il əvvəl ona etimad göstərmiş seçicilərinə bir daha təşəkkür edib. Bir millət vəkilinin ikinci dəfə namizəd kimi öz dairəsindən yenidən namizədlik irəli sürməsi böyük cəsarət istəyir amma mən 5 illik fəaliyyətim dövründə daim sizin yanınızda olduğum üçün yenidən məhz bu dairədən namizədliyimi irəli sürdüm deyən Qənirə Paşayeva millət vəkili kimi bütün fəaliyyəti dövründə daim seçiciləri qarşısında hesabat verdiyini xatırladıb. Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb.
Son 5 il ərzində Tovuz rayonunda və Düzqırıqlı kəndinin simasının tamamilə dəyişdiyini deyən millət vəkili bildirib ki, kəndə qaz verilməsi təmin olunub, kəndin elektrik problemləri öz həllini tapıb, su təminatı ilə bağlı demək olar ki, problemlər tamam öz həllini tapıb, bu istiqamətdə kəndin bəzi yerlərində olan kiçik problemlərin həlli istiqamətində də işlər gedir. Kəndin abadlaşması istiqamətində xeyli işlər görülüb, parklar təmir olunub və bu istiqamətdə işlər davam edir. Kəndin əsas yolları yüksək səviyyədə təmir olunub, kənd məscidinin ətrafı abadlaşdırılıb. Əslən bu kənddən olan, Azərbaycandan kənarda, Rusiyada fəaliyyət göstərən iş adamları kənddə iş yerlərinin açılması istiqamətində xeyli işlər görməyə başlayıblar. “Görülən bu işlər ölkə prezidentinin yürütdüyü siyasətin bir kənddə görülən nəticələridir” - deyən Qənirə Paşayeva kəndin inkişafı və abadlaşması istiqamətində bir millət vəkili kimi əlindən gələni etdiyini söyləyib.
“Düzqırıqlı kəndi Azərbaycan dövləti və xalqı üçün böyük ziyalılar yetişdirib” - deyən Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə hər il kənddən ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, deyib ki, prezident İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə diqqəti nəticəsində Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuzda da çoxlu sayda məktəb tikilib, təhsilin keyfiyyətində əsaslı dəyişikliklər yaranıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humanitar, həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də rayonda və onun kəndlərində gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb.
Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə bu kəndin sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı 100-lərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib və Düzqırıqlı kəndinin sakinləri və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də ölkəmizi layiqincə təmsil etmək üçün əlindən gələni etdiyini deyib.
Görüşdə iştirak edən əslən Düzqırıqlı kəndindən olan professor, elmlər doktoru, böyük alim Qəzənfər Paşayev bildirib ki, Qənirə Paşayeva millət vəkili kimi son 5 ildə əslən Tovuz rayonundan olan Azərbaycanın çoxlu sayda şair və ustad aşıqların kitablarının çap edilməsinin təşəbbüskarı və dəstəkçisi olub. Aşıq Hüseyn Bozalqanlı, Aşıq Nəcəf, Aşıq Əkbər, Mikayıl Azaflı, Rasim Kərimli, Həsən Mülkülü, Məftun Əziz, İsa Cavadoğlu, Səlim Sinədəftər, Vəli Əhməd, Cavanşir Baxçalı, Fətəli Alıoğlunun və b. kitabları nəşr olunub, yüksək səviyyəli yubileyləri, gecələri keçirilib. Eyni zamanda millət vəkilinin təşəbbüsü və dəstəyi ilə Dövlət Filarmoniyasında Tovuz Aşıqlarının Konserti keçirilib, Tovuz haqqında musiqi kompozisiyası hazırlanmış, kitab nəşr olunub.
Qənirə Paşayevanın gənclər arasında vətənpərvərlik mövzusunun genişlənməsinə öz fəaliyyəti dövründə böyük diqqət yetirdiyini deyən professor Qəzənfər Paşayev millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun milli qəhrəmanları ilə bağlı filmlərin çəkildiyini və təqdimatlarının keçirildiyini deyib.
Görüşdə iştirak edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.
Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

1994