Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal
Bu gün Tehranda XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı işə başlayıb.
APA-nın məlumatına görə, İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbir bir həftə davam edəcək. Azərbaycanı tədbirdə Bakı Dövlət Universitetinin, “Həftəiçi” qəzetinin, APA və “Trend” informasiya agentliklərinin nümayəndələri təmsil edir.
Sərgini açıq elan edən İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat Şurasının rəhbəri, nazir müavini Məhəmmədəli Ramin artıq 17-ci dəfədir keçirilən bu tədbirin müxtəlif ölkələrin media nümayəndələri arasında inteqrasiyanı dərinləşdirdiyini bildirib. Onun sözlərinə görə, İran mətbuatı builki sərgidə 700 güşə və 2400 jurnalistlə təmsil olunur: “Xarici ölkələr keçən il 28 dövlətdən 44 nəfərlə təmsil olunurdusa, bu il 55 ölkədən 175 KİV və 250 qonaq sərgiyə qatılıb”.
İran İslam Respublikasının Islami İrşad və mədəniyyət naziri Məhəmməd Hüseyni sərgidə iştirak edən ölkələrin sayını ildən-ilə artırmaq niyyətində olduqlarını vurğulayıb.
Açılış mərasimindən az sonra sərgidə iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal baş verib. Buna səbəb Ermənistana aid stenddə tanıtım nişanı olaraq “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin, “Dağlıq Qarabağ Respublikası”nın bayrağının şəkillərinin və xəritəsinin vurulması olub.
Azərbaycan nümayəndə heyəti əvvəlcə erməni jurnalistlərdən bu özbaşınalığa son qoymağı tələb edib. Qarşı tərəf tələbi yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə sərginin təşkilatçılarına məlumat verilib. Bu zaman erməni jurnalistlər bildiriblər ki, “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin şəklini stendə tədbirin təşkilatçıları vurub: “Ona görə biz də düşündük ki, burada Dağlıq Qarabağın xəritəsinin və bayrağının şəklini nümayiş etdirə bilərik”. Buna cavab olaraq təşkilatçılar sözügedən şəklin onlara tədbirə hazırlıq prosesi çərçivəsində Ermənistan tərəfindən təqdim olunduğunu bəyan ediblər və dərhal qalmaqala səbəb olan şəkillərin yığışdırılmasına göstəriş veriblər.
Qeyd edək ki, mübahisə zamanı azərbaycanlı jurnalistlərdən biri “Dağlıq Qarabağın xəritəsi”ni Ermənistanın stendindən endirib.
Türkiyə jurnalistləri Azərbaycan jurnalistləri ilə həmrəylik nümayiş etdirərək, Ermənistanın özbaşınalığına son qoyulmayacağı təqdirdə azərbaycanlı həmkarları ilə birlikdə sərgidə iştirak etməkdən imtina edəcəklərini bildiriblər.

446