Azərbaycanda Türkiyə Qəzetəcilər Birliyinin toplantısı keçiriləcək - FOTO
Lent.az-ın məlumatına görə, Kayseri şəhərində baş tutan tədbirə Türkiyənin nüfuzlu media qurumlarının təmsilçiləri ilə yanaşı siyasi xadimlər və dövlət rəsmiləri, o cümlədən prezident Abdulla Gül də qatılıb.
MŞ-nin sədri Ə.Amaşov Azərbaycan mətbuatının tarixi, bu günü, Azərbaycan və Türkiyənin media qurumları arasında əməkdaşlığın vəziyyətinə dair məruzə edib. Şura sədri iştirakçılara rəhbərlik etdiyi qurumun ölkəmizdə medianın özünütənzimləməsi istiqamətində reallaşdırdığı tədbirlərlə bağlı da məlumat verib.
Toplantıda Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəcilər Federasiyası arasında anlaşma protokolu da imzalanıb. Protokolda Azərbaycan jurnalistlərinin Türkiyədə düzənlənəcək media peşəkarlığı seminarlarına qatılmaları, Türkiyənin media ekspertlərinin Azərbaycana səfərlərinin təşkili, qurumların hər iki ölkənin media təşkilatları arasında əlaqələrin dərinləşdirilməsində vasitəçilik etmələri, birgə layihələr gerçəkləşdirmələri nəzərdə tutulub. Sənəddə TQF-nin növbəti toplantılarından birinin Azərbaycanda təşkili də əksini tapıb.
Qeyd edək ki, Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına Ə.Amaşovla yanaşı TQF-yə Azərbaycandan üzv olan jurnalist təşkilatlarının rəhbərləri - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da qatılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29