® Qənirə Paşayeva: “Bütün Türklər ermənilərin Qarabağla bağlı yalan kampaniyasına qarşı mübarizə aparmalıdır”
Lent.az xəbər verir ki, Forumun sonuncu günü «Sözdə erməni soyqırımı», Türk diasporu və İş Birliyi mövzusunda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib. Müzakirələrdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışında tədbir iştirakçılarına ermənilərin 20-ci əsrin əvvəllərində və sonunda xalqımıza qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı ilə bağlı məlumat verib. Millət vəkili deyib ki, ermənilərin törətdiyi bu soyqırımların dünyaya çatdırılması istiqamətində dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün Türklər və onların yaratdıqları təşkilatlar səylərini daha da artırmalıdır.
Azərbaycan prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən «biz müdafiədən hücuma keçməliyik» sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışıb və vurğulayıb ki, qondarma erməni soyqırımı iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kampaniyasına qarşı bütün Türklər birgə mübarizə aparmalıdır.
“Bu gün erməni diasporu, lobbisi öz havadarlarının dəstəyi ilə dünyanın bəzi ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qərarların qəbulu üçün çalışır. Bunların qarşısının alınması istiqamətində xaricdə yaşayan insanlarımız, haradan gəlməsindən asılı olmayaraq, bütün tüklər birgə mübarizə aparmalıdır. Ermənilər 2015-ci ilə qədər yəni qondarma “erməni soyqırımı”nın 100 illiyinə qədər bu istiqamətdə addımlar atılacağını deyirlər. Düşünün, bu cür qərarlar orada yaşayan insanlarımıza, hardan gəlməsindən asılı olmayaraq, bütün Türklərə nə qədər böyük bir zərbə ola bilər. Təbii ki, onlar bu yalanın doğru olmadığını deyəcəklər və onların hansı problemlərlə üzləşə biləcəyini düşünmək belə insanı dəhşətə gətirir. Ona görə də dünyanın hər bir ölkəsində Türkiyəli, Azərbaycanlı, Qazax, Özbək, Qırğız, Türkmən, Kıbrıslı, İraqlı və.s demədən Türklər bu yalanların qarşısının alınmasında ciddi və birgə çalışmalı, ermənilərin Xocalıda törətdiyi soyqırımın tanıdılması istiqamətində səylərini gücləndirməlidirlər” – deyə Q.Paşayeva əlavə edib.
Millət vəkili Qeyri-hökumət təşkilatları, diaspor təşkilatları ilə yanaşı kütləvi informasiya vasitələrinin də bu istiqamətdə fəaliyyətinin artmasının vacibliyindən danışıb. “Kütləvi informasiya vasitələri bu istiqamətdə daha fəal rol oynaya bilər” - deyən millət vəkili virtual məkanın gücündən də danışıb və Türk gənclərini bu məkandan erməni yalanlarının qarşısının alınması və həqiqətlərin daha geniş yayılması istiqamətində daha geniş istifadəyə çağırıb.

527