(R) Asim Mollazadə: «Azərbaycanın əsas sərvəti insanlardır və neft gəlirləri onların inkişafına yönəldilməlidir»
Doğrudur, neft gəlirlərinin ölkəmizin inkişafı üçün çox böyük önəmi var. Amma bizim neftdən heç də az qiymətli olmayan insanlarımız, bütün dünyaya öz töhfələrini verə biləcək mədəni dəyərlərimiz var. Biz «qara qızılı» «insan qızılı»na çevirməliyik. Neftdən gələn gəlirlər insanların inkişafına, həyat səviyyələrinin yüksəlməsinə yönəldilməlidir. Biz eyni zamanda gələcəyimizə kapital yatırmalıyıq».
Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən namizədliyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən irəli sürülmüş Asim Mollazadə «Dostluq» kinoteatrında seçicilərlə keçirdiyi görüş zamanı səsləndirib. Azərbaycan gənclərini ölkənin əsas sərvəti hesab eləyən millət vəkili onların təhsili, peşəkarlıq səviyyəsinin artırılması zərurətindən danışarkən deyib: «Niyə Hindistandan, Sinqapurdan, Malayziyadan insanlar gəlib Azərbaycanda iş tapır, yüksək gəlirlər əldə edirlər, amma mənim azərbaycanlı qardaşım işsizdir, öz sosial güzəranını təmin edə bilmir?! Çünki Azərbaycan vətəndaşlarının peşəkarlıq səviyyəsi müasir, daim inkişafda olan dünya ilə ayaqlaşmır. Vacib deyil ki, hamı ali təhsil alsın. Biz gənclərimizə peşə öyrətməliyik. Onları əməksevərliyə alışdırmalıyıq. Azərbaycan yalnız o zaman qüdrətli olacaq ki, o, bütün peşə sahələrini əhatə edən kadrlara, savadlı menecerlərə malik olacaq».
Millət vəkilinin fikrincə, yeni məktəblər, yeni xəstəxanalar açmaqla problem həll olunmur: «Niyə bu gün ölkədə onlarla ali təhsil ocağı ola-ola gənclər təhsil dalınca xaricə qaçırlar? Çünki burada onları qane edəcək səviyyədə təhsilə yiyələnə bilmirlər Son illərdə yüzlərlə müasir tipli məktəb binaları tikilib, amma təhsilin səviyyəsi buna adekvat deyil. Niyə insanlar normal müalicə almaq üçün xarici ölkələrin xəstəxanalarına üz tuturlar? Çünki, ölkədə ən bahalı müasir avadanlıqlarla təchiz edilən klinikaların açılmasına baxmayaraq, həmin avadanlıqlarla işləyə biləcək mütəxəssislər yoxdur. Müəllimlər və həkimlər hər zaman ən hörmətli peşə sahibləri olublar. Onların aldıqları məvaciblər onların ləyaqətli həyatını təmin edəcək səviyyədə olmalıdır.
Asim Mollazadə digər aztəminatlı təbəqələrlə bağlı müvafiq proqramların qəbul olunması, maaş və pensiyaların inflyasiya nəticəsində artan qiymətlərə uyğunlaşdırılması zərurətindən danışıb. Qarabağ problemi ilə bağlı yaranmış situasiyaya toxunub, bu problemin həlli istiqamətində görüləcək işlərdən bəhs edib.
Nəsimi rayonunun sakini olaraq bu rayondakı problemləri seçicilərilə bərabər yaşadığını bildirən millət vəkili çıxış yollarını tapmaq üçün həmişəki kimi seçicilərlə əl-ələ vermək niyyətində olduğunu deyib. Seçicilər də öz növbələrində Asim Mollazadənin ötən beş illik fəaliyyətindən razı qaldıqlarını, onu növbəti parlamentdə yenidən millət vəkili görmək istədiklərini bildiriblər.

569