AŞPA missiyasının rəhbəri aparıcı media orqanlarının rəhbərləri ilə görüşüb
APA-nın məlumatına görə, görüşdə APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Emil Hüseynov iştirak edib.
Görüşdə ölkə mediasının seçkiqabağı durumu, medianın seçki prosesinə təsiri və digər məsələlər müzakirə olunub.
AŞ PA-nın parlament seçkiləri üzrə seçkiqabağı missiyasının rəhbəri seçkiqabağı təşviqat aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən bütün KİV-lərə imkan yaradılıb-yaradılmaması ilə maraqlanıb. Bu suala cavab olaraq APA-nın baş direktoru Vüsalə Mahirqızı bildirib ki, MSK KİV-lərə siyasi mövqeyinə görə fərq qoymayıb, əksinə hətta hüquqi qeydiyyatı olmayan saytlara belə imkan yaradılıb. V. Mahirqızı özəl telekanalların əksəriyyətinin təşviqat kampaniyasına qoşulmamasını isə bunu onların öz istəkləri ilə izah edib. APA-nın baş direktoru vurğulayıb ki, Azərbaycan vətəndaşlarının ödədiyi vergi hesabına maliyyələşən İctimai Televiziyasında bütün namizədlərə bərabər şərait yaradıb: “İndiki durum üçün siyasi aktivliyi normal hesab edirəm. Ancaq aktivlik daha çox ola bilərdi. İstənilən halda siyasi aktivliyin daha çox olması siyasi partiyalardan asılıdır. Biz APA Qrup olaraq siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər təşviqat şəraiti yaratmışıq. Namizədlərin hər biri APA Qrupa daxil olan KİV-lərdə açıqladığımız reklam şərtləri ilə öz təşviqat kampaniyasını apara bilər” – deyə, V. Mahirqızı bildirib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid medianın seçkiqabağı mühitə təsirindən danışıb.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə artıq qəzetlərdə rəy sorğuları keçirilməsinin populyar olmamasından danışıb. O deyib ki, bu işləri əsasən QHT-lər həyata keçirir: “İndi bu kimi məsələlərə sosial sifariş demək olar ki, yoxdur”.

680