Yavər Camalov iranlı nazirlə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general – mayor Əhməd Vəhidinin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda keçirilən görüşdə nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib.
Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda nümayəndə heyəti Elektron Hesablayıcı Maşınlar və “Peyk” zavodları ilə yaxından tanış olub, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan təşkil olunmuş sərgiyə baxıb.
Görüşdə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak ediblər.

Oxşar yazılar

Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26